AZ

Yaponiya iki milyard dollarlıq COVID-19 preparatlarını məhv edəcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Yaponiya iki milyard dollarlıq COVID-19 preparatlarını məhv edəcək

Yaponiya əvvəllər alınmış ümumi dəyəri təxminən 1,93 milyard dollar (3,281 milyard manat) olan böyük həcmdə COVID-19 preparatlarını məhv etmək niyyətindədir.

Bu barədə hökumətin məlumatlarından aydın olub.

Bildirilir ki, "Shionogi" şirkətinin istehsalı olan "Xocova", "Merck" şirkətinin istehsalı olan "Lagevrio" və "Pfizer" şirkətinin istehsalı olan "Paxlovid" preparatlarının utilizasiyası planlaşdırılır.
Onlar 5,6 milyon insan üçün lazım olan miqdarda alınıb. Təxminən 4,3 milyon həb (ümumi həblərin 77%-i) istifadə olunmamış qalıb.(oxu.az)

Seçilən
154
13
1

1Mənbələr

Şərh ()
Bağla