AZ

Mahir Emreli yeni sezona Belçikada başlaya bilər

"Dinamo"nun forvardı Mahir Emreli yeni mövsüm üçün bir çox komandalardan təklif alıb.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, millimizin futbolçusu Avropada qalmağı planlaşdırır.

Onu daha çox istəyən klublar isə Belçikanı təmsil edir. Belə ki, Emreli yeni sezona Belçikada başlaya bilər.

Yüksək liqada mübarizə aparan klublar Mahir üçün hərəkətə də keçib və onu heyətinə qatmaq uğrunda da mübarizəyə başlayıb.

"Dinamo"nun Mahirlə yollarını ayırmaq istədiyi iddia olunur. 26 yaşlı vinger 2022-ci il fevralın 2-də Zaqreb klubuna keçib. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
sportinfo.az

1Mənbələr