AZ

Arda Gülər yenə qol vurdu, “Real” qalib gəldi – Video


“La Liqa”da çempionluğunu elan edən “Real Madrid” 35-ci turda səfərdə aşağı liqaya düşməsi dəqiqləşən “Qranada” ilə qarşılaşıb.
Yeniavaz.com
xəbər verir ki, “Kral klubu” rəqibini 0:4 hesabı ilə məğlub edib.
Madrid təmsilçisinin ilk 11-liyində matça başlayan Türkiyə millisinin gənc ulduzu Arda Gülər ​​komandasının ikinci qolunu vurub.
Bu mövsüm liqada üçüncü dəfə ilk 11-likdə matça başlayan Arda Gülər ​​bu matçların ikisində qol vurmağı bacarıb. Liqada cəmi 8 matça çıxan Arda 3 dəfə qol sevinci yaşayıb.
Qonaq komandaya qələbə qazandıran digər qolları isə Fran Qarsiya, ​​və Brahim Diaz (2) vurub.
Bu nəticə ilə “Real Madrid” xalını 90-a yüksəldib, Qranada isə 21 xalda qalıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
yeniavaz.com

1Mənbələr