AZ

Mahir Xorvatiya çempionu titulunu qazanıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycan yığmasının futbolçusu Mahir Emreli Xorvatiya çempionu olub.

İdman.biz xəbər verir ki, o, Zaqreb “Dinamo”sunun heyətində bu uğura imza atıb.

Mahirin komandası 34-cü turda ən yaxın izləyicisi “Osiyek”i məğlub edərək, Xorvatiya çempionluğunu rəsmiləşdirib. “Dinamo” sonra 2 tur qalmış ən yaxın izləyicisini 7 xal qabaqlayıb. Zədədən dönən Emrelinin adı iştirak edilsə də, o, meydana çıxmayıb.

Zareb klubu tarixində 35-ci dəfə Xorvatiya çempionu olub.

Qeyd edək ki, Mahir 2023/2024 mövsümündə Xorvatiya çempionatında 12 oyunda forma geyinib. Azərbaycanlı hücumçu bu görüşlərdə 4 qol vurub, 3 ötürmə edib.

İdman.biz

Seçilən
165
3
1

1Mənbələr

Şərh ()
Bağla