AZ

Səfir: Azərbaycanda keçirilən “Panama günləri” bizi çox məmnun etdi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycanda keçirilən “Panama günləri” bizi çox məmnun etdi.

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Panamanın Azərbaycandakı qeyri-rezident səfiri (iqamətgahı Ankarada yerləşir) Mariela del Karmen Sagel Rosas bildirib.

O, deyib ki, “Panama günləri” çərçivəsində Bakıda “Kolon Azad Zona”, “Bilik şəhəri” (Elmi əməkdaşlıqlar və tələbə mübadiləsi proqramı), “Turizm”, “Konsulluq xidmətləri”, “Bank sistemi”, “Logistika mərkəzi”, “Yaşıl hidrogen”, “Biznes imkanları” (idxal və ixrac), “Panama kanalı” mövzularında mümkün əməkdaşlıq imkanları müzakirə olunub: “Azərbaycanda keçirilən “Panama günləri”nə bir çox dövlət və qeyri-dövlət təşkilatlarının, o cümlədən bank sektoru və Bakı Limanın da iştirakı olduqca həyəcanverici idi. Biz İstanbuldakı Baş Konsulluğumuzun viza və dənizçiliklə bağlı təqdimatına da yer verdik və bu, çox yüksək qiymətləndirildi.

Bundan başqa “Panama günləri” çərçivəsində Xarici İşlər Nazirliyinin, ABŞ Dövlət Departamentinin nümayəndələrini də auditoriyada görməkdən çox məmnun oldum”.

“Onu da qeyd edim ki, Azərbaycanda Panamadan mal idxalına böyük maraq var. Panama limanında türk dövlətlərinə məxsus anbarın yaradılması mümkündür. Mən bunu Bakıda çıxışımda da bildirmişdim. Çünki Panama kanalı bütün dünya üçün əhəmiyyəti olan üstünlüklərə malikdir”, - xanım səfir qeyd edib.

Mariela del Karmen Sagel Rosas gələcəkdə də Azərbaycanda bu kimi tədbirləri keçirəcəklərini planlaşdırdıqlarını vurğulayıb.

Qeyd edək ki, Bakıda ilk dəfə mayın əvvəlində “Panama günləri” keçirilib.

Seçilən
69
3
1

1Mənbələr

Şərh ()
Bağla