AZ

ABŞ-da min nəfərlik ziyafətdə atışma:

ABŞ-ın Alabama ştatında atışma baş verib, 3 nəfər ölüb, ən azı 12 nəfər yaralanıb.

 

Senzor.az bildirir ki, bunu “WALA-TV”yə açıqlamasında Baldvin dairəsinin müstəntiqi Andre Reyd deyib.

 

Onun sözlərinə görə, silahlı insidentin qeydə alındığı Stokton bölgəsindəki ziyafətdə min nəfər olub. A. Reyd bildirib ki, ölənlərin və yaralıların əksəriyyəti gəncdir.

 

Reyd əlavə edib ki, atışmada polislər iştirak etməyib.

 

Qeyd edək ki, Stoktonun təxminən 400 nəfər əhalisi var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
50
senzor.az

10Mənbələr