AZ

Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar

May ayının 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü keçirilib.  Çıxış edən Prezident İlham Əliyev nümayəndə heyətini salamladıqdan sonra  bu görüşdən çox şad olduğunu dilə gətirib. Eyni zamanda, bildirib ki, iki ölkə arasında qarşılıqlı sıx əlaqələrin olması, görüş və səfərlərin həyata keçirilməsi, səmərəli müzakirələrin aparılması Azərbaycan-Bolqarıstan tərəfdaşlığlını gücləndirəcək. 

Güclü siyasi əlaqələr haqqında danışan Prezident İlham Əliyev strateji tərəfdaşlığın gücləndirilməsinə dair Bəyannamə imzalanacağı,iqtisadi, enerji, nəqliyyat sektorlarının vəziyyəti, humanitar əlaqələr haqqında fikirlərini bildirib. Prezident Rimen Radev öz çıxışında səmimi qonaqpərvərliyə görə təşəkkür edib. Daha sonra bildirib ki, yüksək səviyyəli siyasi təmaslar qarşılıqlı maraq doğuran sahələrin hamısının inkişaf etdirilməsinə zəmin yaradır. Prezident son iki ildə Azərbaycan-Bolqarıstan arasındakı əməkdaşlıq nəticəsində görülən işlər barəsində danışıb. O, qeyd edin ki, iki ölkə arasındakı birgə tərəfdaşlıq Qafqaz və Qara dəniz regionunun sabitliyi və iqtisadi inkişafı, ümumilikdə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi üçün atılan bir addımdır. 

Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində ölkərəmiz arasında əlaqələr sürətlə və uğurla inkişaf etmişdir. Belə ki, hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaqdır.  Azərbaycan-Bolqarıstan əməkdaşlığının əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir. Bu, həm ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda görünür.

Lalə Babayeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2”  ünvanı üzrə ərazi partiya təşkilatının üzvü 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
ikisahil.az

1Mənbələr