AZ

“Heç bir komanda onlar kimi səviyyəsini qoruya bilməyib”

“Milan”ın baş məşqçisi Stefano Pioli “İnter”in bu mövsüm A Seriyası çempionluğu haqda fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunları deyib:

“Heç bir komanda “İnter” kimi səviyyəsini qoruya bilməyib. Komandamız çox çalışdı və hər şeyini verdi, lakin bu səviyyəni qoruya bilmədik.

Çalışan, amma çempionatın müəyyən məqamlarında bəzi maneələri aşa bilməyən güclü komandamız var. “İnter” təkcə bizdən yox, hamıdan güclü idi”.

“İnter” çempionatın başa çatmasına iki tur qalmış 92 xal toplayıb və artıq qızıl medalları təmin edib. “Milan” 74 xalla ikinci pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
201

1Mənbələr

Şərh ()
Bağla