AZ

Fransa Almatıdakı Azərbaycan-Ermənistan danışıqlarını alqışladı

Fransa mayın 10-11-də Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri – Ararat Mirzoyan və Ceyhun Bayramov arasında danışıqların yeni raundunun keçirilməsini alqışlayır.

 

Senzor.az bildirir ki, Fransa Xarici İşlər Nazirliyinin mayın 12-də dərc olunmuş bəyanatında belə deyilir.

 

“Fransa 7 oktyabr 2022-ci ildə Praqada keçirilən dördtərəfli görüş çərçivəsində tərəflərin 1991-ci il Alma-Ata Bəyannaməsinə, ərazi bütövlüyünün qarşılıqlı tanınmasına sadiqliklərini təsdiqləmələrinin vacibliyini vurğulayır”, - bəyanatda qeyd olunur.

 

Bununla əlaqədar, Paris razılaşdırılmış prinsiplər əsasında sərhədlərin delimitasiyasını, eyni zamanda, tərəfləri sülh müqaviləsinin imzalanması məqsədilə müzakirələri davam etdirməyə çağırır.

 

“Biz Qazaxıstanın bu danışıqları asanlaşdırmaq təşəbbüsünü alqışlayırıq. Fransa beynəlxalq hüquqa uyğun olaraq Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olması naminə öz tərəfdaşları ilə birgə fəaliyyətini davam etdirəcək”, - Fransa XİN bildirir.

 

Xatırladaq ki, mayın 10-11-də Almatıda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar aparılıb. Görüşün təşəbbüskarı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
3

1Mənbələr

Şərh ()
Bağla