AZ

“Mançester Yunayted”dən antirekord

“Mançester Yunayted” daha bir antirekorda imza atıb.

İdman.biz xəbər verir ki, Erik Ten Haqın yetirmələri Premyer Liqanın XXXVII turunda “Arsenal”a 0:1 hesabı ilə uduzub.

Bu, Mançester təmsilçisinin mövsümdə bütün turnirlər nəzərə alınmaqla 9-cu ev məğlubiyyəti olub. “Qırmızı şeytanlar” bununla da tarixinin antirekordunu təkrarlayıb.

Mançester klubu indiyədək 5 dəfə belə halla üzləşib. 1920/21, 1930/31, 1933/34, 1962/63 və 1973/74 mövsümlərində evdə 9 dəfə uduzan komanda 50 ildən sonra eyni uğursuzluğu yaşayıb.

Qeyd edək ki, “Mançester Yunayted” 54 xalla Premyer Liqanın turnir cədvəlində 8-cidir.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
2

1Mənbələr

Şərh ()
Bağla