AZ

Bayerin rekord məğlubiyyətsizlik seriyası: ardıcıl 50 matç

Vətəninfo.az xəbər verir ki, Almaniyanın yeni çempionu “Bayer Leverkuzen” məğlubiyyətsizlik seriyası üzrə Avropa rekordunu yeniləyib. İspaniyalı Xabi Alonsonun rəhbərlik etdiyi komanda ardıcıl 50 oyundur ki, uduzmur.

Bundesliqanın 33-cü turunda səfərdə “Bohum”a 5:0 hesabı ilə qalib gələn “Bayer” 87 xala malikdir.

Mayın 10-da yarımfinalın cavab oyununda İtaliya “Roma”sı ilə 2:2 hesabı ilə oynayan “Bayer” ardıcıl məğlubiyyətsiz matçların sayına görə (49) Portuqaliya “Benfika”sının rekordunu təzələyib.

“Bayer” Avropa Liqasının finalında İtaliya “Atalanta”sının rəqibi olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66

1Mənbələr

Şərh ()
Bağla