AZ

Tunisdə tanınmış vəkil həbs edildi - Ölkədə bir günlük qeyri-iş günü ola bilər

Tunisdə vəkil və köşə yazarı Sonya Dahmaninin həbsinə etiraz edən vəkillər ölkədəki bir günlük iş dayandırmaq qərarına gəliblər.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, televiziyada hakimiyyətin Sahara-altı Afrikadan gələn qeyri-qanuni mühacirlərə münasibətini tənqid edən Dahmani Tunislə bağlı \"Nə sadə ölkədir” deyib.

Bu açıqlama və şərhdən sonra Dahmnainin saxlanması ölkədə gündəm mövzusu olsa da, Tunis Vəkillər Kollegiyasının sədri Hatəm əl-Meziyu Tunis Birinci İnstansiya Məhkəməsinin qərarına uyğun olaraq Dahmaninin həbsinə reaksiya verib.

Mətbuat konfransı keçirən Əl-Meziyu \"Vəkillər Kollegiyasının qərargahına basqı, Vəkillər Kollegiyasına qarşı açıq-aşkar hücumdur. Vəkillər Kollegiyasına edilən hücumda iştirak edənlərdən müvafiq orqanlara şikayət edəcəyik\", - deyib.

Əl-Meziyu Vəkillər Kollegiyasına üzv vəkillərin ölkə daxilində bütün məhkəmələrdə bir günlük iş dayandırılması təşkil edəcəklərini ifadə edərək, Dahmaninin sərbəst buraxılmasına çağırıb.

Tunisli vəkil Sonya Dahmani mayın 11-i şənbə günü axşam saatlarında Tunis Vəkillər Kollegiyasına polis basqını zamanı saxlanılıb.
 
Dəhmaninin saxlanma səbəbi ilə bağlı açıqlama verilməyib.
  
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
azxeber.com

1Mənbələr