AZ

Yardım yük maşınları Əfqanıstanda bölgəyə daxil ola bilmir

Yardım yük maşınları Əfqanıstanda bölgəyə daxil ola bilmir

Əfqanıstanda leysan yağışlardan sonra baş verən sel fəlakətindən sonra Ümumdünya Ərzaq Proqramı (WFP) humanitar yardım maşınlarının bölgəyə daxil olmaqda çətinlik çəkdiyini açıqlayıb.



Əfqanıstanın Baqlan bölgəsində baş verən sel fəlakətində mülki şəxslərə yardım üçün mübarizə davam edir. Ümumdünya Ərzaq Proqramının mövzu ilə bağlı verdiyi açıqlamada, “Əfqanıstanın Bağlan bölgəsində təsirə məruz qalan ərazilərin əksəriyyəti yük maşınları üçün əlçatmazdır. Hər şeyini itirmiş sağ qalanlara qida çatdırmaq üçün hər alternativə əl atmalı oluruq" deyilib.

Ümumdünya Ərzaq Proqramı ötən gün daşqınlarda 300 nəfərin həyatını itirdiyini açıqlayıb.

UNICEF-dən verilən açıqlamada Əfqanıstanın şimal-şərqində baş verən sel fəlakəti nəticəsində 51-i uşaq olmaqla ən azı 240 nəfərin həyatını itirdiyi, çox sayda insanın isə yaralandığı bildirilib. Əlavə hesabatlar əldə olunduqca rəqəmlərin artacağı gözlənilir. Ən çox itkilərin leysan yağışların təqribən 3000 evi dağıtdığı, əkin sahələrinə ziyan vurduğu, mal-qaranın sürükləndiyi, məktəblərin bağlandığı və sağlamlıq mərkəzlərinin zədələndiyi Bağlan vilayətində qeydə alınıb. İlkin hesablamalara görə, Taxar və Bədəxşan əyalətləri də zərər çəkib, ən azı 300 evə ziyan dəyib.

Digər tərəfdən Əfqanıstan Qızıl Aypara Cəmiyyətinin bölgədəki seldən zərər çəkmiş ailələrə kömək etmək üçün işlərini davam etdirdiyini ifadə edilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
220
4
afn.az

9Mənbələr