AZ

Azərbaycanda qadınların avtoyürüşü keçiriləcək

Məşhur "Qadınlar və yollar. Özünə doğru yol” layihəsi çərçivəsində müxtəlif sahələrdə fəal olan qadınların avtoyürüşü bu dəfə Azərbaycanda həyata keçiriləcək.
Aktual.az xəbər verir ki, layihə çərçivəsində Bakıda və regionlarda avtoyürüş vasitəsilə müxtəlif sahələrdə çalışan qadınlarla görüşlər keçiriləcək və bu barədə film hazırlanacaq. Filmdə Azərbaycanın görməli yerləri də tamaşaçıların diqqətinə çatdırılacaq. Layihənin və filmin ideya müəllifləri bu məqsədlə ölkəmizdə səfərdədirlər.
Bu gün "Bakı KOB evi”ndə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, "Qadınlar və yollar. Özünə doğru yol” layihəsinin ideya müəlliflərinin və Azərbaycanda sahibkarlıq, təhsil, mədəniyyət və digər sahələrdə fəaliyyət göstərən qadınların iştirakı ilə dəyirmi masa və mətbuat konfransı keçirilib.
Tədbirdə layihənin və bu çərçivədə hazırlanan filmin ideya müəllifləri Kristina Kretova və Anna Kameneva layihə barədə məlumat veriblər.
Qeyd olunub ki, "Qadınlar və yollar. Özünə doğru yol” layihəsinin məqsədi avtomobillə müxtəlif istiqamətlərdə səyahət edərək yaradıcı və aktiv qadınları göstərmək, bu vasitə ilə digər qadınları da aktiv fəaliyyətə təşviq etməkdir. Layihə çərçivəsində indiyədək müxtəlif ölkələrdə 4 film cəkilib. Filmlər beynəlxalq mükafata da layiq görülüb.
Layihə növbəti dəfə Azərbaycanda həyata keçiriləcək. Azərbaycanın işgüzar və yaradıcı qadınları müəyyən edilmiş marşrut üzrə avtoyürüş zamanı müxtəlif peşə sahibləri olan yerli qadınlarla görüşəcək, onlarla söhbət edəcəklər. Avtoyürüşün nəticələrinə dair hazırlanacaq filmdə Azərbaycan qadınlarının işgüzar və sosial-mədəni fəaliyyəti, dünyagörüşü, intellektual potensialı, milli-mənəvi dəyərlərimizə bağlığı, yaradıcı yanaşması, müxtəlif sahələrdəki uğurları ön planda olacaq. Həmçinin filmdə böyük turizm potensialına malik ölkəmizin gəzməli-görməli yerləri öz əksini tapacaq.
Sonra qadın avtomobil yürüşünə rəsmi start verilib. Bakıdan start götürən "Qadınlar və yollar. Özünə doğru yol” avtoyürüşü mayın 17-dək davam edəcək. Avtoyürüş Bakı ilə yanaşı, İsmayıllı rayonunun Basqal və Lahıc qəsəbələrini, Qəbələ və Şəki şəhərlərini, Qobustanı əhatə edəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
245
10
aktual.az

10Mənbələr