AZ

Ağdamda Birinci Qarabağ müharibəsinin iki şəhidi dəfn edilib – YENİLƏNİB 1

Ağdamda
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Məhərrəm İsmayıl oğlu Əzizovla Bərdə rayonunun 866 saylı qəsəbəsində, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Hikmət Zili oğlu Əliyevlə Ağdam rayonunun Ergi kəndində keçirilən vida mərasimi başa çatıb. 1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidlərin nəşi Ağdam rayonu Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidlərin doğmaları, Ağdam Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 14:19 Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Hikmət Zili oğlu Əliyevlə Ağdam rayonunun Ergi kəndində keçirilən vida mərasimi başa çatıb. 1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi dəfn olunmaq üçün Ağdam rayonunun Quzanlı qəsəbə qəbiristanlığına aparılır. 14:01 Ağdam rayonunun Sarıcalı kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hikmət Zili oğlu Əliyevin meyitinin qalıqları Ağdam rayonuna gətirilib. 1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi Ağdam rayonunun Ergi kəndində ailəsinə təhvil verilib. Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir. Qeyd edək ki, Hikmət Zili oğlu Əliyev1974-cü il yanvarın 1-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. O, 1993-cü il iyulun 23-də Ağdam rayonunun Sarıcalı kəndi ərazsində itkin düşüb.

H.Əliyev Ağdam rayonu Quzanlı qəsəbə qəbiristanlığında dəfn olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
219
10
1news.az

10Mənbələr