AZ

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB

Ölkə
Mayın 13-ü saat 16:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Daşkəsən, Gədəbəy, Göygöl, Ağstafa, Balakən, Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Yevlax, Göyçayda yağış, Şahdağda qar yağır. Şimal-qərb küləyi arabir güclənib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, Sabirabadda 17 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Naxçıvan MR-da 20-24, Aran rayonlarında 15-17, dağlıq rayonlarda 7-12 dərəcə isti olub. 09:23 Mayın 13-ü saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Düşən yağıntının miqdarı Qrızda 39 mm, Qax, Qusarda 27 mm, Qubada 26 mm, Göygöldə 24 mm, Şəkidə 19 mm, Gədəbəydə 16 mm, İsmayıllıda 15 mm, Xaltanda 14 mm, Daşkəsəndə 11 mm, Naftalan, Oğuz, Tərtər, Göyçay, Goranboy, Mingəçevir, Gəncə, Ağdam, Bərdə, Yevlax, Zaqatala, Şabran, Qəbələ, Qobustan, Şahbuz, Altıağac, Şamaxı, Ağsu, Naxçıvan, Şəmkir, Tovuz, Balakən, Şahdağ, Kürdəmirdə 10 mm-dək olub.
Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti davam edir. Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 24 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.


Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 16, Naxçıvan MR-da 12-17, Aran rayonlarında 15-17, dağlıq rayonlarda 3-9 dərəcə isti olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
183
41
1news.az

10Mənbələr