AZ

Gənc boksçularımız Macarıstanda beynəlxalq turnirdə iştirak edəcək

Bu gün Macarıstanda Eqer şəhərində yeniyetmə və gənc boksçular arasında beynəlxalq turnir start götürəcək.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan milli komandası gənclərin yarışında təmsil olunacaq.

Baş məşqçi Elbrus Rzayev turnirdə Tağı Nəsibov (60 kq), Abbasqulu Şadlinski (71 kq), Hüseyn Hüseynli (80 kq) və Ruslan Qəhrəmanova (86 kq) şans verəcək.

Yarışda final döyüşləri mayın 17-də olacaq.

Qeyd edək ki, komandamız mayın 18-də Bakıya dönəcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
10
idman.biz

10Mənbələr