...Böyük Britaniya Ukraynaya hərbi dəstək üçün hər il 3 milyard funt sterlinq ayırmağa söz verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Ukraynadakı səfiri Martin Harris telemarafon zamanı bildirib.
O qeyd edib ki, bu məbləğdə dəstək 10 il müddətində olacaq. …Biz yeni təhlükəsizlik sazişini imzalayan ilk ölkə olduq. Amma indi biz bu sazişin həyata keçirilməsi üçün maliyyə vəsaiti müəyyən edən ilk ölkəyik.
Bunu bildirən səfir 3 milyard funt-sterlinqin yalnız hərbi dəstək olduğunu vurğulayıb.
...Bu, çox vacibdir, çünki bu, bizim uzunmüddətli perspektivimizin olduğunu göstərir və biz burada təkcə indi deyil, bu il də buradayıq, həm də həmişə Ukraynanın yanında olacağıq.
Bunu da ingilis diplomat bildirib.
Ağasəf Babayev