AZ

Ukraynanın Sumı vilayətinin şəhərlərində əhali təxliyə olunur

Ukraynanın

Kiyev, 14 may, AZƏRTAC

Sumı vilayətinin Belopole və Vorojba şəhərlərinin əhalisi təxliyə olunmağa başlanıb. Bu, Rusiyanın bu şəhərlərə intensiv zərbələri ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Sumı Vilayəti Hərbi Administrasiyasının rəhbəri Vladimir Artyux məlumat verib.

“Biz əhalimizi qorumalıyıq, bu, Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən mənim qarşıma qoyulan əsas vəzifədir”, - deyə Artyux əlavə edib.

Eyni zamanda, Artyux bildirib ki, bu, məcburi deyil.

Belopolye və Vorojba sakinləri, xüsusən də köçmək istəyən uşaqlı ailələr ağsaqqallara və icma sədrlərinə müraciət etməlidirlər. Təxliyə edilən əhali bütün regionda insanların sıx məskunlaşdığı ərazilərdə yerləşdiriləcək.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
2
azertag.az

3Mənbələr