AZ

Keçmiş məcburi köçkün: Şuşanı yenidən görməyə səbirsizlənirəm

Şuşaya qayıtdığımıza görə sevincimin həddi-hüdudu yoxdur.

“Report” xəbər verir ki, bunu doğma yurduna qayıdan Şuşa sakini Nəzakət İsgəndərova söyləyib.

“Həm sevinirəm, sevincimin həddi-hüdudu yoxdur, çünki doğma Şuşamıza gedirik, həm də kədərlənirəm, çünki bu qədər şəhid vermişik. Allah onlara rəhmət etsin, qazilərimizə isə cansağlığı versin”, – o deyib.

Keçmiş məcburi köçkün “gözəl Şuşanı sadəcə görməyə yox, həm də birdəfəlik qayıdıb məskunlaşmağa səbirsizləndiyini” vurğulayıb.

Xatırladaq ki, mayın 14-də Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
report.az

1Mənbələr