AZ

Joze Mourinyo "Fənərbağça" yolunda - Aziz Yıldırımın açıqlaması şok effekti yaratdı

Türkiyənin "Fənərbağça" klubunun prezidentliyinə namizəd olan Aziz Yıldırımın Joze Mourinyo ilə bağlı açıqlaması Avropa mətbuatının gündəmini zəbt edib. 

BAKU.WS Fanatik-ə istinadən xəbər verir ki, Aziz Yıldırım prezident olacağı təqdirdə klubunun baş məşqçiliyi postuna portuqaliyalı mütəxəssis Joze Mourinyonu gətirəcəyinə dair söz verib.

"Ötən həftə Joze Mourinyo ilə görüşdüm. "Fənərbağça"nın sənə, sənin də "Fənərbağça"ya ehtiyacın var dedim. Seçkilərdə qalib gəlsəm böyük ehtimalla bizdə çalışacaq", - deyə Aziz Yıldırım bildirib. Prezidentliyə namizədin bu açıqlaması Avropanın nüfuzlu nəşrlərinin manşetinə çıxıb. 

The Sun: "Mourinyo 4 aylıq işsizlikdən sonra "Fənərbağça"dan təklif aldı".

AS: "Mourinyonun yeni ünvanı Türkiyə ola bilər"

Tutto Mercato: "Aziz Yıldırım seçkiləri qazanarsa kluba Joze Mourinyonu gətirəcəyini açıqladı"

A Bola: "Joze Mourinyo "Fənərbağça"ya yaxın"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
19
baku.ws

10Mənbələr