AZ

Bayden Rusiyadan uran idxalını qadağan edən fərmanı imzalayıb

ABŞ prezidenti Co Bayden Rusiyadan ABŞ-a uran idxalını qadağan edən qanunu imzalayıb.

Editor.az TASS-a istinadən yazır ki, bu barədə məlumatı Ağ Evin mətbuat xidməti yayıb. Bazar ertəsi imzalanan sənədə əsasən Birləşmiş Ştatlar Rusiyada və ya Rusiya şirkətləri tərəfindən istehsal olunan şüalanmamış, az zənginləşdirilmiş uranın idxalını qadağan edəcək. Aprelin 30-da ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsini qəbul edib. Bununla belə, həddindən artıq zərurət hallarında, ABŞ reaktorlarının fəaliyyətini dəstəkləmək üçün alternativ uran mənbələrinin mövcud olmadığı və ya bu cür satınalmaların milli maraqlara uyğun olduğu hallarda, qanun idxalın 2028-ci ilin yanvarına qədər davam etməsinə icazə verir. Sənəd həmçinin Energetika Nazirliyini Rusiyadan uran tədarükü ilə əvəz etmək üçün alternativlər axtarmağa və onları Konqresə təqdim etməyə məcbur edir.

ABŞ hesab edir ki, Rusiyadan uranın idxalına qadağa qoyulması ölkənin dinc nüvə enerjisi sahəsində Rusiyadan asılılığından qurtulmasına kömək edəcək.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
editor.az

2Mənbələr