AZ

Ebeko vulkanı 3,5 kilometr yüksəkliyə kül püskürüb

Vulkanoloqlar Böyük Kuril silsiləsinin (Saxalin vilayəti, Rusiya) Paramuşir adasındakı Ebeko vulkanında 3,5 kilometr hündürlüyündə kül dumanı qeydə alıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin Vilayəti Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, kül şleyfi şimal-şərq istiqamətində 5 kilometrdən çox məsafəyə yayılıb.

Ebeko Paramuşirin şimal hissəsində yerləşir. Vulkanın hündürlüyü 1156 metrdir. Ona aviasiya üçün narıncı rəng təhlükə kodu müəyyən edilib. Bu o deməkdir ki, vulkan yüksək püskürmə ehtimalı ilə aktivlik nümayiş etdirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
2
ikisahil.az

3Mənbələr