AZ

Rusiyada yük vaqonları relsdən çıxaraq yanıb

Rusiyanın Volqoqrad vilayətində yük qatarının vaqonlarının relsdən çıxdığı Kotluban stansiyasında dizel yanacağı olan çən və taxta-şalban olan vaqon yanıb.

BAKU.WS Tass-a istinadən xəbər verir ki, bu barədə Rusiya regionu üzrə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanğınsöndürənlər Samofalovka kəndindəki yanğını iki saatdan az vaxta söndürə biliblər. Xəsarət alan olmayıb, yanğının səbəbi müəyyənləşdirilir.

Qeyd edək ki, ötən gün, mayın 14-də səhər saatlarında yük qatarının vaqonları relsdən çıxıb. Volqa Dəmiryolunun mətbuat xidmətinin açıqlamasına görə, insident “kənar müdaxilə” nəticəsində baş verib. Hadisə yerində dəmir yolu hərəkəti müvəqqəti dayandırılıb və sərnişinlər qatarın gecikmə ehtimalı ilə bağlı xəbərdarlıq edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
2
baku.ws

10Mənbələr