Əziz Yıldırım “Fənərbağça” klubu üçün keçiriləcək ümumi qurultayda prezidentliyə namizəd olacağını açıqlayıb.

İndex.az xəbər verir ki, “TRT Spor”a açıqlama verən Yıldırım prezident olarsa kluba baş məşqçi Xose Mourinyonu gətirəcəyinə söz verib.

“Böyük ehtimalla, qalib gəlsək, Mourinyonu “Fənərbağça”ya rəhbər təyin edəcəm. Azarkeşlərin daha kədərlənməsini istəmirik. Onları sevindirmək və məmnun etmək üçün böyük bir addım atmaq lazımdır. Mourinyonun istəyinə uyğun futbolçuları da heyətə cəlb edəcəyik”.