AZ

“Məlhəm Beynəlxalq Hospital”ın işinə baxılacaq

“Məlhəm Beynəlxalq Hospital”ın sertifikasiyadan keçməyən şəxsləri praktik tibb və əczaçı kimi çalışdırdığı məlum olub.

Tribunainfo.az xəbər verir ki, hospitalda aparılan yoxlama zamanı bəzi işçilərin sertifikasiyadan keçmədiyi üzə çıxıb. Bu cür şəxslərin işçi kimi fəaliyyəti qanunla qadağan edildiyi üçün hospital haqqında İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə icraat başladılıb.
Tələbi pozulan maddəyə əsasən, klinika qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə cərimələnib. Bu maddəyə əsasən vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər isə altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Hospitalla bağlı başladılmış işə sabah Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Fərid Əyyubovun icraatındadır.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
tribunainfo.az

1Mənbələr