AZ

İşçidən istirahət günlərində işləməsini tələb etmək olar?

Müəyyən işçilər üçün istirahət günlərində ona işlə bağlı nələrinsə tapşırılması qəbuledilməzdir. Hətta bəzi işçilər onlara zəng olunmasını, e-mail atılmasını da istəmirlər. Bu şəxslər istirahət günü heç bir iş görməməyin tərafdarıdırlar. Əgər istirahət günləridirsə, iş ilə bağlı nəsə olan zaman da cavab vermirlər. Bu halı işçiyə olunan mədəniyyətsizlik kimi qəbul edirlər. Maraqlıdır, işçiyə istirahət günlərində işçinin işləməsini istəmək olar?

Bu barədə Valyuta.az-a danışan Azərbaycan İR Assosiasiyasının İdarə Heyətinin üzvü, insan resursları üzrə ekspert İlkin Məcidov deyir ki, istirahət vaxtı istirahət etmək işçinin haqqıdır və bu haqqı onların əlindən heç kim ala bilməz:

“Yalnız istirahət günlərində deyil, məzuniyyətdə olanda belə işçidən işlə bağlı heç nə soruşmaq olmaz. Təbii ki, ekstra hal yaşanarsa, istinsa ola bilər. Bəzən elə situasiya yaranır ki, işçinin istirahət günlərində işləməsi çox zəruri ola bilir. Hətta bəzən işçini məzuniyyətdən geri qaytara da bilirlər. Sadəcə olaraq burada bir şərt var ki, işçi buna özü razılıq versin. Əks halda işəgötürənin heç bir haqqı yoxdur ki, işçini məcbur işə çağırsın. İstirahət günlərində də işçini işə çağırmaqla bağlı işəgötürənin səlahiyyəti yoxdur”.

Ekspert qeyd edir ki, işəgötürən vacib olduğu halda işçinin işə çıxmağını istəyirsə, işçinin də razılığı olarsa, bu zaman ona əlavə ödəniş olunmalıdır: “Günün müəyyən vaxtlarında işlətməli olarsa, bu vəziyyətdə də işçiyə əlavə ödəniş olunmalıdır”.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
valyuta.az

1Mənbələr