AZ

Türkiyədən qərar: Kriptovalyuta ilə bu əməliyyatlar qadağandır

Kriptovalyutalarda qısa satış və "leverage" əməliyyatlar mümkün olmayacaq.

Bakıvaxtı.az "NTV"yə istinadən bildirir ki, Türkiyədə kripto aktivlərin fəaliyyəti ilə bağlı qanun layihəsinin hazırlanması son mərhələyə çatıb. 

Layihəyə görə, kripto aktivlər ilk dəfə olaraq qeyri-maddi aktivlər kimi müəyyən ediləcək. Kriptovalyutalarla aparılan əməliyyatların şəffaf və etibarlı şəkildə həyata keçirilməsinə nəzarət olunacaq. Belə ki, platformalarda baş verən bütün köçürmə əməliyyatları qeydə alınacaq və Maliyyə Cinayətlərinin İstintaq Şurası (MASAK) tərəfindən tətbiq olunan qaydalara riayət olunması əsas şərtlərdən biri olacaq. 

Emissiyalarla bağlı prinsipləri müəyyən etmək səlahiyyəti isə Kapital Bazarlarına Nəzarət Şurasına (SPK) veriləcək. Bildirilib ki, xarici təcrübələrdə də bu çərçivədə qadağalar və məhdudiyyətlər tətbiq edilib. Qanun layihəsində "icazəsiz kriptovalyuta xidmət təminatçısı" cinayəti də müəyyən edilib.

Qanun layihəsi bu həftə Milli Məclisə təqdim olunacaq. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
bakivaxti.az

1Mənbələr