AZ

"Tesla" Çində fabrik tikmək üçün icazə aldı

"Tesla" Çində fabrik tikmək üçün icazə aldı

ABŞ-ın elektrikli avtomobil və akkumulyator istehsalçısı "Tesla"nın enerji saxlama qurğuları istehsal etmək üçün Çində quracağı fabrik üçün tikinti icazəsi aldığı bildirilir.



Sinxua agentliyinin məlumatına görə, fabrikin qurulacağı Şanxaydakı Linqanq Xüsusi Bölgəsinin İdarə Heyəti öz bəyanatında tikinti icazəsinin torpaq ayrıldıqdan sonra şirkətə verildiyini açıqlayıb.

Şirkət 2023-cü ilin dekabrında Şanxay yerli hökuməti ilə fabrik üçün torpaq sahəsinin ayrılması ilə bağlı müqavilə imzalayıb.

"Tesla"nın 4 meqavat saat elektrik enerjisi saxlaya bilən "Megapack" adlanan litium-ion batareya blokları fabrikdə istehsal olunacaq.

Tikintisinin bu il başa çatdırılması planlaşdırılan fabrikin 2025-ci ilin birinci rübündə istifadəyə verilməsi planlaşdırılır. Zavod ildə 10 min ədəd olmaqla cəmi 40 gigavat-saat enerji saxlama gücü istehsal etməyi hədəfləyir.

"Tesla" hazırda ABŞ-ın Kaliforniya ştatının Latrop şəhərində ildə 10 min Meqapaket istehsal etmək gücünə malik meqa fabrikə malikdir.

Şirkət Şanxayda ildə 1 milyon elektrik avtomobili istehsal edə bilən giqa fabrikini 450 min əlavə tutumla genişləndirməyi planlaşdırır.

Mənbə: AA


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1
afn.az

3Mənbələr