AZ

FİFA-dan Şahruddinin komandasına ağır cəza

FIFA Türkiyənin "Adana Dəmirspor" klubunu cəzalandırıb.

Publika.az xəbər verir ki, planetin ali futbol qurumu Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin də çıxış etdiyi "mavi şimşəklər"ə transfer qadağası qoyub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirlir ki, buna Adana təmsilçisinin sabiq baş məşqçisi Patrik Kluyvertə borclu qalması səbəb olub. Türkiyə klubu niderlandlı mütəxəssisə 142 min avro ödəniş etməlidir. Buna görə "Adana Dəmirspor" qarşıdakı 3 "transfer pəncərəsi"ndə yeni oyunçularını qeydiyyatdan keçirə bilməyəcək.

Qeyd edək ki, Kluyvert 2023-cü ilin iyul-dekabr aylarında Adana təmsilçisində çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
publika.az

1Mənbələr