AZ

Azərbaycan Avropa üçün "yaşıl enerji" təchizatçısı kimi çıxış edəcək- ÖZƏL

"Avropa ölkələri ilə enerji əməkdaşlığının genişləndirilməsinə xüsusi önəm verən ölkəmiz enerji potensialını düzgün qiymətləndirərək, təbii resurslarından səmərəli istifadə edərək, Bolqarıstana təbii qazın ixracını artırır. Təkcə ötən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilib. Bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Bu gün yüksək səviyyədə icra olunan 2015-ci ildə Sofiyada ölkələrimiz arasında imzalanan Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə siyasi, iqtisadi, mədəni, humanitar sahələri əhatə etməklə çoxşaxəli inkişaf edir. Azərbaycan-Bolqarıstan münasibətlərinin təməli hesab edilən enerji tərəfdaşlığı iki ölkə arasındakı əməkdaşlığı daha da genişləndirir.
Hər iki ölkə rəhbərlərinin mətbuata bəyanatları zamanı dövlət başçımız bildirib ki, bu gün biz bir layihəni də müzakirə etdik, o da "yaşıl enerji" kabelidir. Bildiyiniz kimi, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal iş aparır. Hesab edirik ki, bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda "yaşıl enerji" təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və biz bu barədə eyni zamanda ilin sonunda COP29 konfransında da danışacağıq. Mən Prezident Radevi bu tədbirdə iştirak etmək üçün Azərbaycana dəvət etmişəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
olaylar.az

1Mənbələr