AZ

İŞİD-ə qarşı əməliyyat zamanı 44 nəfər saxlanılıb

Türkiyənin 2 vilayətində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 44 şübhəli yaxalanıb.

E-huquq.az Türkiyə mətbuatına xəbər verir ki, Şanlıurfa Şəhər Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində terror təşkilatı üzvləri olduğu iddia edilən şəxslərin gizləndiyi ünvanlar müəyyən edilib.

Şanlıurfa və Konyada eyni vaxtda həyata keçirilən əməliyyat zamanı 44 şübhəli saxlanılıb.

Şanlıurfa Jandarma Komandanlığı tərəfindən Şanlıurfa, İstanbul, Mersin, Konya, Sakarya və Boluda İŞİD-ə qarşı həyata keçirilən digər əməliyyatda isə 8 şübhəli ələ keçirilib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
e-huquq.az

1Mənbələr