AZ

Qadınlarda süd vəzi xərçəngi ilə bağlı yeni tədqiqat aparılıb

Qadınlarda

Bakı, 14 may, AZƏRTAC

Mayın 13-də dərc edilən böyük bir tədqiqatın nəticələrində Afrika mənşəli qadınlarda aşkar edilən on iki süd vəzi xərçəngi geni bu xəstəliyin inkişaf riskini daha yaxşı proqnozlaşdırmağa kömək edə və avropalı həmcinsləri ilə müqayisədə riskdəki potensial fərqləri vurğulaya bilər.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, döş xərçəngi ilə əlaqəli genetik mutasiyaları müəyyən etmək üçün aparılan tədqiqatlar əvvəllər əsasən Avropa əsilli qadınlara yönəlib. Alimlər bildiriblər ki, ABŞ, Afrika və Barbadosda 40 000-dən çox Afrika əsilli qadın xərçəng xəstəliyindən, o cümlədən onların 18 034-ü süd vəzi xərçəngindən əziyyət çəkir.

Tədqiqatçılar “Nature Genetics” jurnalında yazıblar ki, müəyyən edilmiş bəzi mutasiyalar əvvəllər xəstəliklə əlaqəli olmayıb. Bu, genetik risk faktorlarının Afrika və Avropa mənşəli qadınlar arasında fərqli ola biləcəyini göstərir. Alimlər qeyd edirlər ki, xüsusilə yeni müəyyən edilmiş bir mutasiya xərçəng genetikası sahəsində nadir hallarda görülən növü inkişaf etdirir.

Bu araşdırma, həmçinin ağdərili qadınlarda süd vəzi xərçəngi riskini artırdığı bilinən bəzi digər genlərin də xəstəliklə əlaqəli olmadığını müəyyən edib. Amerika Xərçəng Cəmiyyətinin məlumatına görə, ABŞ-da qaradərili qadınlarda ağdərili qadınlara nisbətən 50 yaşından əvvəl süd vəzi xərçənginə daha çox rast gəlinir, xəstələrin arasında ölüm nisbəti isə 42 faiz daha çoxdur.

Bütün populyasiyalarda xəstəliklə əlaqəli olan BRCA1 və BRCA2 kimi əvvəllər müəyyən edilmiş süd vəzi xərçəngi genlərinə yeni müəyyən edilmiş genləri əlavə edən tədqiqatçılar Afrika mənşəli qadınlar üçün hazırda mövcud vasitələrdən daha dəqiq olan riski hesablaya biliblər.

Anormal genlərdən altısı xəstəliyin ən aqressiv forması olan üçlü mənfi süd vəzi xərçəngi riskinin artması ilə əlaqələndirilib. Əvvəlki araşdırmalar göstərib ki, qaradərili qadınların ağdərili qadınlara nisbətən xərçəngin bu növünə tutulma ehtimalı təxminən üç dəfə çoxdur.

Tədqiqat onu da göstərib ki, altı genin hamısına sahib olan qadınlarda üçlü mənfi diaqnoz qoyulma ehtimalı bu variantlardan heç biri və ya onlardan yalnız biri olmayan qadınlarla müqayisədə 4,2 dəfə çox olub.

Bununla belə, Assosiasiya qeyd edir ki, ABŞ-dakı qaradərili qadınların süd vəzi xərçəngi üçün genetik testdən keçmə ehtimalı ağdərili qadınlara nisbətən daha azdır. Bu, həkimlərin tövsiyələrindəki fərqlər və ya səhiyyə xidmətlərindən istifadə imkanı ilə bağlıdır.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
azertag.az

1Mənbələr