AZ

ABŞ-də 81 milyard dollarlıq ticari böhrana səbəb olan körpü partladıldı - VİDEO

Baltimorda mart ayında konteyner gəmisinin çırpıldığı Frensis Skott Key körpüsü partladılıb. Əməliyyatı ABŞ ordusunun partlayıcı maddələr üzrə mütəxəssisləri həyata keçiriblər.

Bu addım batan gəminin qalıqlarını çıxarmaq üçün edilib.

Rəsmilər partlayışın planlaşdırıldığı kimi baş verdiyini bildiriblər.

“Bu, soğanı soymağa çox bənzəyir”, - deyə ABŞ Ordusu Mühəndislər Korpusunun nümayəndəsi bildirib.

O da qeyd olunub ki, 2028-ci ilin sonuna kimi yeni keçidin tikilməsi planlaşdırılır.

Xatırladaq ki, martın 26-da Sinqapurun “Dali” konteyner gəmisinin körpünün dayağına çırpılması nəticəsində infrastruktur uçub. Nəticədə onun üzərində olan avtomobillər suya düşüb, altı nəfər həlak olub.

O da bildirilir ki, uçan körpü ABŞ-də 81 milyard dollarlıq (137,7 milyard manat) ticarət böhranına səbəb olub.

Mənbə: Associated Press

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
oxu.az

1Mənbələr