AZ

Tural İsmayılov: "Qərb heç vaxt xaos yaratdığı  ölkələrin, xalqlarının taleyi ilə ..."

Bu gün ABŞ-nin dövlət katibi Entoni Blinken Kiyevə səfəri həftə ərzində nəzərdə tutulsa da, o bu gün  gözlənilməz səfər edib. Lakin ABŞ-ninUkraynaya ayırdığı  silah dəstəyi gecikməkdədir. Bu gecikməyə səbəb nədir?

Mövzunu Herbiand.az-a şərh edən politoloq Tuural İsmayılov bildirdi ki, Amerikada Ukraynaya dəstək məsələsi çox ciddi manipulyasiya mövzusuna çevrilib:

“Biz görürük ki, bu məsələ ətrafında müxtəlif dairələr, oyunlar oynamağa və vəziyyəti gərginləşdirməyə çalışırlar. Təbii ki, bütün bu hadisələrin fonunda Entoni Blinkenin Kiyevə səfəri Ukraynada müəyyən ümidlər yaradır. Faktiki olaraq biz bilirik ki, demokratlar və respublikaçılar arasında hətta Ukraynaya silah tədarükü məsələsi siyasi “alver” mövzusuna çevrilmişdi. Yekun qərar olsa da, biz görürük ki, silah partiyalarının Ukraynaya çatdırılmasında ləngimələr baş verir. Bunun da səbəbi ondan ibarətdir ki, Qərb heç vaxt xaos yaratdığı  ölkələrin, xalqlarının taleyi ilə maraqlanmır və onlar, ümumiyyətlə, bu məsələdə xalqı manipulyasiya etməyə çalışırlar.

Ukraynaya ilə  milyardlarla dollarlıq silah razılıq əldə edilsə də, partiyaları gec çatdırmaqla, o etdiyi yardımın da bir miqdarını həyata keçirməyə çalışır. Bu da Ukraynanın Qərbdən narazılığını daha da gücləndirəcək”.

 Politoloqun sözlərinə görə, Blinkenin Kiyevə səfərində Ukrayna hərbi və siyasi rəhbərliyi ilə ABŞ arasında silah dəstəyinin gecikməsi məsələsindən ciddi narazılıq ortaya qoyulacaq:

 “Artıq Qərbin özü də Rusiya Ukrayna müharibəsinin ilk dövründəki psixoloji durumda deyil. Qərb müharibənin ilk vaxtlarında Ukraynaya etdikləri dəstəyin vəziyyəti dəyişəcəyini düşünürdüsə, hazırda Qərbin özündə də buna  bir inamsızlıq var. Bu müharibədə Ukrayna əleyhinə hansısa iriçaplı dəyişiklikləri gözləmədiyi tam ortadadır. Ukrayna ABŞ arasında silah partiyasının gecikmə məsələsi ciddi gərginliklərə səbəb olur”

“Düşünürəm ki, bu belə qalmaqda davam edəcək”,- deyə o əlavə edib.

Emin ŞİRVANZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
herbiand.az

1Mənbələr