AZ

Yeni nazir Ukraynadakı müharibəni az itki ilə bitirmək istəyir

Rusiya Federasiyasının müdafiə naziri əvəzi Andrey Belousov Ukraynada keçirilən "xüsusi hərbi əməliyyat"da qələbəni əsas vəzifə adlandırıb.

Yenisabah.az xəbər verir ki, o, Rusiya Federasiya Şurasında deyib:

"Xüsusi hərbi əməliyyat" kontekstində əsas vəzifə, əlbəttə ki, qələbəyə nail olmaq, prezident tərəfindən qarşıya qoyulmuş hərbi-siyasi məqsədlərinə nail olmaqdır. Eyni zamanda - mən bunu prinsipcə vurğulamaq istəyirəm - minimum insan itkisi ilə".

Belousov bildirib: “Ölkə, Rusiya xalqı, Rusiya Federasiyasının prezidenti qarşısında məsuliyyəti tam dərk edirəm, qarşıya qoyulan vəzifələrin həlli üçün bütün gücümü, sağlamlığımı, lazım gələrsə, həyatımı sərf etməyi öhdəmə götürürəm".


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
yenisabah.az

1Mənbələr