AZ

Əl-Cəzirə: İraqda İŞİD-in şübhəli hücumu nəticəsində bir neçə əsgər həlak olub

İraqın şimalındakı Salahəddin əyalətinin şərqində İŞİD yaraqlılarının şübhəli hücumu nəticəsində bir neçə hərbçi, o cümlədən İraq Silahlı Qüvvələrinin (SQ) polkovniki həlak olub.

Bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb .

“Əsgərlər bazar ertəsi Salahəddin əyalətinin şərqindəki hərbi məntəqəyə terror hücumunu dəf edərkən həlak olub”, - Əl-Cəzirə İraq Müdafiə Nazirliyinin bəyanatından sitat gətirib.

Hərbi idarə sənədində 93-cü piyada briqadasının 2-ci batalyonunun komandiri, polkovnik Xalid Naci Vasakın hücumda həlak olduğu bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
aznews.az

1Mənbələr