AZ

Şolz 2025-ci il seçkilərindən sonra hakimiyyətdə qalmaq niyyətindədir

Olaf Şolz 2025-ci ildə keçiriləcək Bundestaq seçkilərindən sonra Almaniya hökumətinin başçısı vəzifəsində qalacağını gözləyir.

SİA-nın əldə etdiyi məlumata görə, Almaniya kansleri bu barədə “Stern” jurnalına müsahibəsində bildirib.

Şolzagörə, “svetofor” koalisiyasındaAlmaniya Sosial Demokrat Partiyası, Yaşıllar və liberal Azad Demokrat Partiyası da daxil olmaqla büdcə koordinasiyası problemləri də daxil olmaqla bəzi fikir ayrılıqları var.

Bununla belə, Almaniya Sosial Demokrat Partiyası liderinin fikrincə, tərəflər konsensusa gələ və yenidən Almaniya vətəndaşlarının xeyrinə səmərəli işləyə biləcəklər.

Xatırladaq ki, Almaniyada parlament seçkiləri 2025-ci ilin sentyabr-oktyabr aylarına təyin edilib.

...OlafŞolz daha əvvəl də hökumətə rəhbərlik etməyə davam etmək istədiyini söyləmişdi.

Bununla belə, Almaniya Sosial Demokrat Partiyası, Yaşıllar və Azad Demokratların reytinqləri düşməkdə davam edir.

...Və müxalifət isə dəstək qazanır.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
sia.az

1Mənbələr