AZ

Rusiyalı müxalifətçi üçün rekord cərimə

Rusiya Ali Məhkəməsi müharibə əleyhdarı müxalif siyasətçi Vladimir Kara-Murzanın 25 illik həbs cəzası ilə bağlı apellyasiya şikayəti üzrə qərar çıxarıb.

News24.az xəbər verir ki, Ali Məhkəmə “dövlətə xəyanət, Rusiya ordusu haqqında yalan məlumat yaymaq və arzuolunmaz təşkilata üzv olmaq” ittihamı ilə həbs cəzasına məhkum edilən Kara-Murzanın apellyasiya şikayətini təmin etməyib. Onun 25 il müddətinə azadlıqdan məhrum edilməsini təsdiqləyib.

Kara-Murzanın cəzası Rusiyada dissidentə verilən ən uzun həbs cəzası olub.

Xatırladaq ki, Kara-Murza 2022-ci il aprelin 11-də ABŞ-ın MSNBC telekanalının yayımına qatılıb və Rusiya prezidenti Vladimir Putinin Ukrayna əməliyyatları zamanı Rusiya ictimaiyyətinə yanlış məlumat verdiyini bildirib.

Yayım zamanı təhlükədə olduğunu bildirən Kara-Murza, müharibəyə qarşı tutduğu mövqe ilə bağlı “Burada olmalıyam” deyib.

Günel Məlikzadə



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
news24.az

1Mənbələr