AZ

Rusiyanın pambıq tədarükünə qarşı da sanksiyalar tətbiq edilsin!

...NATO və Avropa İttifaqına üzv ölkələr Rusiya Federasiyasına bütün növ pambıq məhsullarının tədarükünə qarşı sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirməlidirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə fransalı senator, Fransa Senatının Müdafiə və Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Qiyom Qontar “Guildhall”-a verdiyi şərhdə bildirib.

O izah edib ki, pambıq məhsullarından sursat istehsalında istifadə olunan xammal olan nitroselüloza emal oluna bilər. Onun sözlərinə görə, NATO və Avropa İttifaqı Qərb şirkətlərinin üçüncü ölkələr vasitəsilə Rusiyaya nitroselüloz tədarük etməsi məsələsini də araşdırmalı və belə şirkətlərə qarşı sanksiyalar tətbiq etməlidir.

Senator bildirib ki, Rusiyadan silah-sursat istehsalı üçün nitroselülozun(...bu kimyəvi birləşmələrin qrup adıdır-A.B.) Türkiyə şirkəti və dolayısı ilə Almaniya eləcə də Tayvan şirkətləri vasitəsilə idxalı ilə bağlı bu yaxınlarda açıqlanan araşdırmaciddi narahatlıq doğurur.

O qeyd edib ki, Rusiya keçən il nitroselülozun idxalını iki dəfə artırıb.

Avropa sənaye müəssisələri isə bu mühüm komponentin çatışmazlığından ehtiyat edirlər ki, bu da öz istehsalına təsir edə bilər.

Qərb liderlərinin, o cümlədən Fransa prezidentinin bəzi bəyanatlarına baxmayaraq, Avropa ölkələrinın hələ dəmüharibə iqtisadiyyatına keçmədiyindən gileylənən Qontar, bu gün onun əsil vaxtının çatdığını deyib.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
sia.az

1Mənbələr