AZ

Bank sektorumuzda dəhşətli rəqəm- 3,2 dəfə çoxdur...

Image

Fuad İbrahimov: “Bu o demək deyil ki, ölkədəki bütün banklar əhalidən milli valyutada 5,28 faizlə depozit qəbul edir”

Bu ilin aprel ayının əvvəlinə olan sonuncu məlumata görə, banklar tərəfindən verilən kreditlərin orta illik faiz dərəcəsi milli valyuta üzrə 14,38 faiz, xarici valyuta üzrə isə 5,31faiz olub.

Burada diqqəti çəkən məqam odur ki, kredit faizləri əmanət fazilərindən dəfələrlə yüksəkdir. Banklar əmanətləri əhalidən milli valyutada 5,28 faizlə, xarici valyutada isə 1,36 faizlə qəbul ediblər. Rəqəmlərdən də göründüyü kimi, kredit faziləri əmanət fazilərini milli valyutada 2,7 dəfə, xarici valyutada isə 3,9 dəfə üstələyir. Nəticədə kreditlərin orta illik faiz dərəcəsi əmanətlərin orta illik faiz dərəcəsindən 3,2 dəfə çox olub. Maraqlıdır, Azərbaycanda kredit faizləri əmanət faizlərindən niyə dəfələrlə yüksəkdir?

“Hər bir halda bizdə verilən kriditlərin faiz nisbəti çox yüksəkdir və dəfələrlə bu məsələ gündəmə gətirilib” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisadçı-ekspert Fuad İbrahimov buna birmənalı yanaşmadı: “Bu məsələyə başqa prizmadan, metodologiyadan da baxmaq olar. Həmçinin başqa metodologiyanı tətbiq etmək olar. Biz burada orta kredit verilmə səviyyələrini və yaxud əmanətlərin depozitə götürülməsi səviyyəsini götürdükdə bu gün 14,38 faizdən də yüksək faizlər kifayət qədərdir. Söhbət, təbii ki, kredit faizlərindən gedir. Ancaq bankların əmanətləri əhalidən milli valyutada 5,28 faizlə götürməsi şəffaflığı əhatə etmir. Çünki bir neçə bank var və onlar ümumiyyətlə depozitlə işləmədiyi üçün simvolik olaraq əhalidən ola bilsin ki, çox aşağı faizlə depozit götürürlər. O baxımdan bu o demək deyil ki, ölkədəki bütün banklar əhalidən milli valyutada 5,28 faizlə depozit qəbul edir. Məsələn, “Kapitalbank” əhalidən 10 faizlə depozit qəbul edir. Əhali də, aydın məsələdir ki, bu bankların imkanlarından istifadə edir. Belə bir seçim olduğu halda kimsə gedib 3-5 faizə banka depozit qoymaz, əgər sığortalı şəkildə depozitlər 10 faizlə qəbul edilirsə. O baxımdan yaxşı olardı ki, birinci bunu müəyyən edək. Bu baxımdan artıq fərq dəfələrlə yox, faiz nisbətinə çevrilir. Hər bir halda bizdə verilən kriditlərin faiz nisbəti çox yüksəkdir. Dəfələrlə bu məsələ gündəmə gətirilib və bununla bağlı tənqidi fikirlər səsləndirilib. Məsələnin həllinin yeganə yolu bazarda maliyyə mənbəyinin müəyyənləşməsidir. Bunun üçün də sabit resurs müəyyən olunmalıdır. Məlum olduğu kimi, ayrı-ayrı məsələlələ bağlı ölkədə proqramlar qəbul edilib. Məsələn, sahibkarlığın, kənd təsərrüfatının inkişafı ilə bağlı proqramlar qəbul edilib. Bu sahələrə güzəştli kreditlər verilir. O cümlədən, ipoteka kreditləri aşağı faizlə verilir. Ancaq bu da öz növbəsində yüksək kredit faizi hesab olunur. Ona görə də bazara ucuz kredit resurslarının çıxışı təmin edilməlidir. Əhalinin hesabına depozitlər formalaşarsa, depozitlərin də üzərindən kreditlər verilərsə, o zaman müəyyən müddət sonra kredit faizləri aşağı düşə bilər”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
baki-xeber.com

1Mənbələr