AZ

Naxçıvanda uzunömürlü Həsənovlar ailəsi ilə gənclərin görüşü olub

Naxçıvan, 14 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “15 may-Beynəlxalq Ailə Günü” münasibətilə uzunömürlü, nümunəvi Həsənovlar ailəsinin gənclərlə görüşü keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Elçin Məmmədəliyev və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev çıxış edərək ailənin uzunömürlü olmasında əsas faktorlardan danışıblar. Bildirilib ki, komitə tərəfindən xalqımızın ailə dəyərlərinin yaşadılması məqsədilə bütün yaşayış məntəqələrini əhatə edən tədbirlərdə ailələrin sağlam təməllər üzərində qurulmasına diqqət yetirilir, uzunömürlü ailələrin nümayəndələri ilə yeniyetmə və gənclərin görüşü təşkil edilir. Bugünkü görüşün də məqsədi ailə dəyərlərinin qorunması, gənc nəslə çatdırılması, xüsusilə də uzunömürlü, nümunəvi ailələrin evlilik təcrübələrindən yararlanmağın hər zaman önəmli rol daşıdığı, gənclərin bu dəyərlərə sahib çıxması və yaşatmasıdır.

Uzunömürlü ailənin üzvləri, Culfa rayonunun Ərəzin kəndində yaşayan, evliliklərinin 50 illiyi tamam olan Həsənov Akif Möhbalı oğlu və Həsənova Göyərçin Məhəmməd qızı nümunəvi ailə olmanın sirri, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini qeyd ediblər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
azertag.az

1Mənbələr