AZ

Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edən dələduza cinayət işi açıldı

Güzəştli mənzil almaq adı ilə çoxsaylı vətəndaşın pulunu ələ keçirən Əzizov Mirdaməd Əziz oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, ibtidai istintaqla Mirdaməd Əzizovun özünü Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) vəzifəli şəxsi kimi təqdim edərək həmin qurum tərəfindən inşa olunan binalardan mənzillərin alınması ilə bağlı ona müraciət etmiş vətəndaşlara güzəştli şərtlərlə mənzil almalarını təmin edəcəyinə dair yalan vədlər verib saxta sənədlər təqdim etməklə, ümumilikdə, 26 şəxsə məxsus 430 min manatdan çox məbləğində pul vəsaitini qanunsuz yolla ələ keçirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Həmin faktlarla bağlı toplanmış sübutlar əsasında Mirdaməd Əzizova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma) maddələri ilə yekun ittiham elan edilməklə barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
315
35
banker.az

10Mənbələr