AZ

İsanı çarmıxa çəkən adam: Onun üzüyü tapılıb? - FOTO

İsanı çarmıxa çəkən adam: Onun üzüyü tapılıb? - FOTO

50 il əvvəl Yerusəlim yaxınlığında tapılan 2000 illik üzük eramızın 26-37-ci illəri arasında romalı Ponti Pilat tərəfindən taxılmış ola bilər.

Publika.az xəbər verir ki, 50 il əvvəl Qüdsdə tapılan üzük bu gün də müzakirə olunur. Hz.İsanın çarmıxa çəkilərək edamına qərar verən və həyata keçirən Roma valisi Pontius Pilata aid olduğu düşünülən üzük yenidən gündəmdədir. Ehtimal olunur ki, Pontius Pilat İsanın sağlığında Roma imperatoru Tiberius dövründə İudeya vilayətinin beşinci qubernatoru vəzifəsində çalışıb. İsraildə 1968-1969-cu illər arasında qədim saray və qala olan Herodiumda aparılan qazıntılar zamanı aşkar edilən üzükdə yunan hərfləri ilə "Pilato" (ΠΙΛΑΤΟ) sözlərini ehtiva edən yazı var. Mis ərintisindən hazırlanmış üzükdə şərab saxlamaq üçün istifadə edilən böyük qab olan krater təsvir edilib. Sözügedən yazı kraterin ətrafında yerləşir və Pilatoya oxşar tək sözdən ibarətdir.

Üzüyün tapılması tarixçilər və arxeoloqlar arasında böyük həyəcana, eləcə də fərziyyələrə səbəb olub. Bəzi alimlər üzüyün həqiqətən də Ponti Pilata məxsus orijinal artefakt olduğuna inanırlar. Buna qarşı çıxan bəzi elm adamları da üzüyün həqiqiliyinə şübhələrini dilə gətiriblər. Üzüyün dizaynı və işlənməsinin Roma valilərinin üzükləri ilə uyğun gəlmədiyi də bildirilir.

Nəhayət, "Atiqot" elmi jurnalında dərc olunan yeni araşdırma mübahisəni daha da genişləndirib. Bu araşdırmaya görə, kitabənin və üzüyün tərkibinin təhlili yazının başqa cür oxuna biləcəyi qənaətinə gəlir. İddia olunur ki, üzükdəki ifadələr karxana və ya daş kəsmə peşəsinə aid ola bilər. Bu Herodiumun arxeoloji tarixinə uyğundur, burada karxanaçılıq və daş kəsmə ümumi fəaliyyət idi.

Arxeoloq Q.V.Tilmanın "Federalist" nəşrində yazdığına görə, həkk olunmuş yazı və mərkəzi motiv üzüyün rəsmi işarə, bir növ möhür olduğunu və rəsmi qərarların möhürlənməsi üçün istifadə edildiyini göstərir. Üzüyün təhlili onu göstərir ki, ehtimal ki, Yerusəlimdə bir dəmirçi tərəfindən hazırlanıb.
İsanıİsanı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
2
sonxeber.az

3Mənbələr