AZ

"Qazaxın dörd kəndinin qaytarılması ilə bağlı razılaşma göstərir ki..." — Politoloq

 "Rusiya Sərhəd Qoşunlarının Azərbaycan-Ermənistan sərhədini tərk etməsi çox böyük siyasi hadisədir. Bu onu deməyə əsas verir ki,  Rusiya artıq prosesdən uzaqlaşdırılır" . 

Bunu Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

O qeyd edib ki, Rusiya hər zaman sərhədlərin delimitasiya prosesinə müdaxilə etməkdə maraqlı olub və Rusiya baş qərargahında konkret hüquqi xəritələrinin olduğu ilə bağlı fikirlər səsləndirib:

"Azərbaycan-Ermənistan arasında ikitərəfli qaydada Qazaxın dörd kəndinin qaytarılması ilə bağlı razılaşma göstərir ki, artıq Rusiyanın prosesdə iştirakına heç bir tərəf lüzum görmür. Bu həm də gələcək perspektivdə Rusiyanın region ölkələrinə, Azərbaycan və Ermənistana təsir və təziq imkanlarını sıfıra endirir. Bu ən azından müstəqil qaydada iki qonşu dövlətin gələcək münasibətlərinə müsbət təsir edəcək hadisədir. Yəni, əgər iki qonşu ölkəsinizsə, bir probleminiz varsa, problemi oturaraq həll etmək mümkündür. Ən azından ortada bir təcrübə mövcuddur. Bu, bütövlükdə vasitəçilik sisteminə beynəlxalq səviyyədə yenilik gətirmək deməkdir. Azərbaycan xarici siyasətinin ən böyük naliyyətlərindən biri də məhz budur. Yəni münaqişə tərəflərini, danışıqlarını ikitərəfli müstəviyə daşımaq Azərbaycana müəssər oldu .Bu da qlobal güclərin münaqişələrə müdaxilə imkanını azaldacaq. Xüsusilə də Rusiyanın Azərbaycan-Ermənistan sərhədindən çəkilməsi gələcək perspektivdə rus qoşunlarının Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərindən də çəkiləcəyinə bir işarədir. Bu da bölgəyə müəyyən mənada müsbət təsir edəcək”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasındakı son razılaşmaya əsasən rus sərhədçiləri Zvartnots hava limanı ilə yanaşı 44 günlük müharibədən sonra yerləşdikləri bir sıra yaşayış məntəqələrindəki (Sünik, Vayots Dzor, Geqarkunik, Ararat, Tavuş) postları da tərk edəcək. 

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
demokrat.az

1Mənbələr