AZ

Baş nazir Əli Əsədov Belarusun Baş nazirinin müavini ilə görüşüb

Mayın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Belarus Prezidenti Aleksandr Lukoşenkonun Azərbaycana dövlət səfərinin əhəmiyyəti qeyd olunub, səfərin iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə yeni təkan verəcəyinə əminlik ifadə olunub.

Bundan əlavə, ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının cari ilin iyun ayında Minskdə keçiriləcək 14-cü iclasının vacibliyi vurğulanıb.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə gələcək qarşılıqlı əlaqələrin perspektivləri müzakirə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
7
xalqqazeti.az

10Mənbələr