Xəzər dənizində su azalır, Kür çayında isə artır.
Lakin Kür çayında sululuğun artması dənizdəki suyun səviyyəsinə ciddi təsir etməyəcək.
Xezerxeber.az-ın məlumatına görə, Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri Əmir Əliyev bildirib ki, Xəzərin suyunun səviyyəsi indikindən də aşağı enəcək. Bu enmə 2050-ci ilədək davam edəcək.
Onun sözlərinə görə, Kür çayının Xəzərin səviyyəsində payı cəmi 5-6 faiz təşkil edir. Ona görə də çayın səviyyəsinin uzunmüddətli artması Xəzərin səviyyəsinin sadəcə enməməsinə cüzi təsir edə bilər.
Şöbə müdirinin sözlərinə görə, Kür çayında suyun səviyyəsinin artması kənd təsərrəfüatı və balıqçılıq üçün daha çox faydalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.