AZ

Ermənilər bizə görə İlhan Aşkını cəzalandırır: Onu tək qoymayın!

Niderlandda fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkının mayın 15-də saat 15.00-da Haaqa şəhər Ağır Cəza Məhkəməsində növbəti məhkəməsi keçiriləcək.
Bu barədə BUTA.TV-a diaspor məsələləri üzrə mütəxəssis İlqar İlkin məlumat verib. İlqar İlkin bildirib ki, İlhan Aşkın ötən il Niderlandda Lahey məhkəməsinin qərarı ilə 1000 avro məbləğində cərimə olunub, üstəlik iki aylıq həbs cəzasına məhkum edilib: “Bu qərar verilərkən İlhan Aşkın Niderlandda olmayıb və qərar ermənilərin təsiri altında tez-tələsik verilib. Ermənilərin diaspor fəalını məhkəməyə verməsinin səbəbi 2020-ci ilin oktyabr ayında Gəncəyə raket hücumları ilə bağlı Haaqada Ermənistan səfirliyi önündə Aşkının çıxışları olub. Qərardan narazı qalan İlhan Aşkın apellyasiya şikayəti verib və sabah məhkəmə keçiriləcək”. O qeyd edib ki, İlhan Aşkın Niderland Krallığı Cəza Qanununun 137 c.1, 137 c.2, 137 c.47 maddələri ilə günahkar bilinir: “Belə ki, o, Haaqa bələdiyyəsi ərazisində təşkil etdiyi mitinqdə “ermənilər terrorçudur”, “ermənilər təcavüzkardır” kimi irqi ayrı-seçkilik yayan şüarlardan istifadə olunmasında ittiham edilir. İlhan Aşkına ikinci ittiham 26 fevral 2020-ci ildə mitinqdə çıxış edərək, ermənilərə səslənməsi və “Qarabağdan çıxın, oralar sizin torpağınız deyil! Oralar sizə məzar olacaq!” sözləridir. Bu ittiham Niderland Krallığının Cəza Qanununun 137 d-1, 137 d-2 və 47-ci maddəsilə (erməni irqinə qarşı üsyana təşviq etmə) təsbit olunub. İlhan Aşkına üçünci suçlama isə onun 5 iyun 2021-ci ildə öz sosial şəbəkə hesabında ermənilərin Qarabağda mina xəritələrinin Azərbaycana verilməməsi ilə bağlı yazdığı fikirlərdir. İlhan Aşkın öz statusunda qeyd edib ki, əgər Ermənistan mina xəritələrini Azərbaycana vermirsə, müharibədə əsir düşən erməniləri həmin minalı ərazilərdə gəzdirmək lazımdır”. İlqar İlkin vurğulayıb ki, İlhan Aşkının bu davada tək qalması qəbuledilməzdir:

“Bu bir mücadilədir, vaz keçməyəcəyimiz davadır. Kim özünü bu davanın adamı sayırsa, sabah İlhan bəyin yanında olmalıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
229
1
buta.tv

7Mənbələr