AZ

Reklam lövhəsi aşdı: Ölənlərin sayı artır

Hindistanın Mumbay şəhərində fırtına zamanı 30 metrlik reklam lövhəsi insanların üzərinə aşıb.

Demokrat.az
xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Xəstəxanaya yerləşdirilən 75 nəfərdən 31-nin isə evə buraxıldığı bildirilib. 

Təxminən 25 nəfərin hələ də dağıntılar altında olduğu iddia olunur. Hazırda hadisə yerində xilasetmə işləri davam edir.

Qeyd edək ki, sözügedən reklam lövhəsi bölgəyə lazimi icazələr alınmadan yerləşdirilib.

Aysu
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
demokrat.az

1Mənbələr