AZ

AK tezliklə daha bir anti-Rusiya sanksiyalar paketini qəbul etməyi gözləyir

Avropa Komissiyası Rusiyaya qarşı ötən həftə təklif edilən 14-cü sanksiyalar paketini ən qısa zamanda qəbul etməyə ümid edir. 

Valyuta.az xəbər verir ki, bu barədə Avropa İttifaqının icraçı orqanının vitse-prezidenti Valdis Dombrovskis Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

"Ümid edirik ki, bu yeni sanksiyalar paketi ən qısa zamanda üzv dövlətlər tərəfindən təsdiqlənəcək", deyə o, vurğulayıb.

Dombrovskisin sözlərinə görə, anti-Rusiya sanksiyalarının növbəti paketi Rusiya hərbi-sənaye kompleksinin gələcək inkişafına qarşı mübarizəyə, eləcə də tətbiq edilən məhdudiyyətlərdən yayınma ilə mübarizə tədbirlərinin gücləndirilməsinə yönəlib.

Mayın 8-də "EUobserver" xəbər verib ki, Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ilin iyuluna qədər Rusiya Federasiyasına qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəlməlidir.

Portalın məlumatına görə, Aİ növbəti sanksiyalar paketində Rusiyaya qadağan olunmuş məhsulların tədarükündə şübhəli bilinən firmalar siyahısına daha 52 şirkəti əlavə edəcək.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
valyuta.az

1Mənbələr